Dünyada yeni koronavirus dalğası ilə bağlı ehtimalların da təsirilə neft sürətlə ucuzlaşmağda davam edir.
"Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 19:32-də Londonun İCE birjasında "Brent” marklalı neft 5,1% ucuzlaşaraq 40,96 ABŞ dollarına, WTI markalı neft isə 5,9% ucuzlaşaraq 38,89 ABŞ dollarına satılıb. Bir qədər sonra, Bakı vaxtı ilə saat 19:53-də "Brent” markalı neft 41,31 ABŞ dollarına (əvvəlki hərraca nisbətən 3,95% ucuz), WTI markalı neft isə 39,36 ABŞ dollarına (4,44% ucuz) satılıb.
Koronavirusun yeni dalğası bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən xammala olan tələbata mənfi təsir göstərə bilər. Bununla yanaşı, Liviyada hasilatın bərpası xəbərləri də qiymətlərin azalmasına əlavə təkan verir.
Şərhlər