İcra başçısı şöbə müdirini işdən çıxardı

İcra başçısı şöbə müdirini işdən çıxardı

Saatlı rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb. Əmrə əsasən, hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, hazırda həmin şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq Rövşən Muradov icra edir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR