Siyasət 09:24 06.03.2021

Əfv Məsələləri Komissiyası yenidən toplanır

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, komissiyanın iclası videoformatda qruplar halında keçirilir. İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 650-dən artıq müraciətə baxıb.