Gəncə Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin olunub.
"Report"un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq əmri ilə Cavadov Cavad Fuad oğlu şöbə müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Cavad Cavadov bundan öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi kimi çalışıb.
Şərhlər