Ölkə 11:22 10.04.2021

DİN-də yeni təyinat

Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Anar Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Balakən RPŞ-nin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.