Xəbər lenti

Güləşçimiz Avropa çempionatının finalına yüksəldi
İdman 22:09 23.04.2021

Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Yunan-Roma güləşçimiz Taleh Məmmədov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatının finalına vəsiqə qazanıb.

Qaynarinfo xəbər verir ki, çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşdə bolqarıstanlı Nikolay Viçevə qalib gəlib. Dörddəbir final mərhələsində Ermənistan idmançısı Qraçya Poqosyanı məğlub edən T.Məmmədov yarımfinalda latviyalı Aleksandrs Jurkiansa qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımız Rusiya güləşçisi Cambolat Lokyayev ilə qarşılaşacaq. Görüş aprelin 24-də təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->