Ölkə 11:43 08.05.2021

Vilayət Eyvazovdan yeni təyinat

Lənkəran Şəhər Polis Şöbəsində yeni təyinat olub.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə, o, Lənkəran Şəhər Polis Şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsinə təyinat alıb.