Xəbər lenti

Ölkə 16:48 30.05.2021

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 103 nəfər müalicə olunaraq sağalıb, 4 907 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 535, bu günə qədər isə ümumilikdə 3 509 174 test icra olunub.
 
Son gündə koronavirus əleyhinə 44 735 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 321 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 252 809, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 778, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 031 təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->