Ölkə 15:56 18.06.2021

Baş prokurordan yeni təyinat

Baş Prokuror Kamran Əliyev özünə yeni köməkçi təyin edib.

Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmra əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev Baş prokurorun köməkçisi təyin edilib.

Xatırladaq ki, bu barədə ilk xəbəri sabah.az saytı yayıb.