Ölkə 16:49 26.07.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 340715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332136 nəfər müalicə olunaraq sağalıb, 5009 nəfər vəfat edib, aktiv xəstə sayı 3570 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5616, ötən müddət ərzində isə ümumilikdə 3980697 test aparılıb.
 
Azərbaycanda son sutkada 432 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 197, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 235 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4 564 329 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 654 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 910 056 nəfərə çatıb.