Texnologiya 23:52 04.08.2021

“WhatsApp”da yeni funksiya

"WhatsApp” messencerində yeni funksiya işə salınır.

Yenisabah.az "Facebook” şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, messencerdə "Bir dəfə baxmaq” funksiyası olacaq.

Messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək və onun yerində "Baxıldı” yazısı peyda olacaq. Bunun üçün "Bir dəfə baxmaq” ("View once”) funksiyasını işə salmaq kifayət edəcək.

Funksiyanın yaxın günlərdə hər kəs üçün aktiv olacağı bildirilir.