Bakıda avtomobillərin hərəkətində sıxlıq yaranan küçə və prospektlərin siyahısı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib.
Paytaxtda müşahidə edilən sıxlıq aşağıdakı ərazilərdədir:
1. Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;
2. Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində;
3. Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində;
4. Tbilisi prospekti - şəhər istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə;
6. Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində.
Şərhlər