Elmi Tədqiqat Kardiologiya İnstitutunun həkimi, tibb elmlər namizədi, Gülməmməd Hacıyev COVID-19 virusundan vəfat edib.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, bu itki həm kardiologiya, həm də Azərbaycan səhiyyəsi üçün böyük sarsıntıdır: "Yüzlərcə həkimin yetişməsində əvəzsiz rolu olan Gülməmməd həkimə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm".
Şərhlər