İdman 19:50 25.09.2021

"Qarabağ" xal itirdi

Azərbaycan Premyer Liqasında beşinci tura start verilib.

Qaynarinfo xəbər verir ki, turun ilk oyun günü "Keşlə" - "Qarabağ" matçı ilə başlayıb. "ASK Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib. Hesabı açan tərəf "Qarabağ" olsa da Qurban Qurbanovun komandası bu üstünlüyü qoruyub saxlaya bilməyib. Görüşün sonlarına yaxın meydan sahibləri bərabərlik qolunu vurub. Nəticədə qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Səbuhi Həsənov