Ölkə 17:46 31.10.2021

Neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada 43 113 koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 024 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 450 təşkil edir.