Xəbər lenti

Ölkə 11:36 04.12.2021

DİN məlumat yaydı

"Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin qadın sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır".

Bunu Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə qadın vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır: "Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?