Ölkə 19:31 06.12.2021

DİN-də yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Qaynarinfo xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Paşayev Yusif Mayıl oğlu Mingəçevir şəhəri Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

O, bundan əvvəl Qazax şəhəri Dövlət Yol Polisi Bölməsində baş inspector vəzifəsində çalışıb.