Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat edib, aktiv xəstə sayı 23114 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 863, ötən müddət ərzində isə ümumilikdə 5 621 021 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 35 926 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 739 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 103 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 597 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 037 909 təşkil edir.

XƏBƏRLƏR
BLOGLAR
X