Xalq artisti Fatma Mahmudova ATV-də yayımlanan "Qısa Qapanma” verilişində qonaq olub.
Qaynarinfo xəbər verir ki, proqramda aktrisanın indiyə qədər rol aldığı film və seriallardan, oynadığı teatr tamaşalarından hazırlanmış süjet yayımlanıb.
Sənətçi bu videodan sonra göz yaşlarını saxlaya bilməyib.
"Unudulmaq çox pis şeydir. Dostlarımın, tamaşaçılarımın məni unutmağını istəmərəm. Mən sizi çox sevirəm”,-deyə F. Mahmudova bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər