Hər il 11 İyul "Dünya Əhali Günü" kimi qeyd olunur.
Qaynarinfo "Yeni Sabah”a istinadən xəbər verir ki, 2 min əvvəl 300 min olan dünya əhalisi hazırda 7,71 milyarda çatıb.
Dünya əhalisinin 2055-ci ilə qədər 10 milyarda, əsrin sonuna qədər isə 11,2 milyarda çatacağı təxmin edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəqəmlərə görə, hazırda dünya əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 52 nəfərdir.
BMT bildirir ki, dün ya əhalisinin sayıs ürətlə artsa da, əhali sayı kəskin şəkildə azalan ölkələr də var. Bu ölkələrdən 10-u Şərqi Avropada yerləşir. Bolqarıstan, Latviya və Moldova ilk sıralarda yer tutur.
Dünyada ən çox əhali Asiyadadır. Ən çox insanın yaşadığı qitə olan Asiya dünya əhalisinin 60%-ni özündə birləşdirir. Digər 15% Afrikada, 10% Avropada, 8% Latın Amerikası və Kariblərdə, qalan hissəsi isə Şimali Amerika və Okeaniyada yaşayır. Əhalisinin sayına görə Çin 1,42 milyard nəfərlə 1-ci, Hindistan 1,37 milyard nəfərlə 2-ci yeri tutur. Ancaq dörd il sonra Hindistanın bu siyahıda 1-ci sırada olacağı gözlənilir.
Ən az insan sıxlığı olan ölkə isə Monqolustandır. Burada - 1 milyon 564 min 116 kvadrat kilometr ərazidə cəmi 3 milyon insan yaşayır. 38 milyon əhalisi olan Tokio şəhəri isə insan sayına görə dünyanın ən sıx şəhəridir.
Şərhlər