Xəbər lenti

21 yaşdan aşağı bu adaya giriş qadağandır (FOTOLAR)
Foto 09:26 16.02.2018

21 yaşdan aşağı bu adaya giriş qadağandır (FOTOLAR)

Mərkəzi Amerikanın turizm cənnətlərindən olan Belizedəki "Coco Plum" adasına 21 yaşdan aşağı şəxslər buraxılmır. Adada dünyanın bir çox yerində yasaq olan şeylər sərbəstdir. İstəyənlərin çılpaq gəzə bildiyi adada istirahət etmək üçün böyük büdcənizin olması vacibdir.

"Coco Plum"da dünyanın ən lüks otelləri yerləşir. Adada bir həftə qalmaq üçün 6 min dollardan artıq pul lazımdı. 6 min dollar vermək adaya girmək üçün yetərli deyil. Tətil üçün müraciət etdikdən sonra növbənin sizə gəlib çatmasını gözləməlisiniz. Çünki adaya hər həftə sadəcə 48 nəfər buraxılır.

Adada istirahət etmək istəyənlərdən tələb olunan əsas şərt 21 yaşından yuxarı olmaqdı. Sadəcə 21 yaşdan yuxarıların girə bildiyi adada sərhədsiz azadlıqlar var. İstəyənlər adada çılpaq gəzə bilər. 

Otellərdə qalacağınız otaqlar ev tiplidir və bir-birindən çox uzaqdır. Çox sayda sifarişlərin olduğu adaya bu ilin iyun ayınadək bütün girişlər alınıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->