İdman 12:06 24.02.2021

21 yaşlı futbolçu vəfat etdi

İtaliyanın A Seriyası təmsilçisi "Atalanta"da çıxış edən 21 yaşlı futbolçu Villi Brakyano Ta Bi vəfat edib.

Qaynarinfo xəbər verir ki, Kotdivuardan olan futbolçu ağciyər xərçəngindən dünyasını dəyiib. Uzun müddətdi xəstəlikdən əziyyət çəkən gənc yarımmüdafiəçi ötən gün vəfat edib.  

"Atalanta" klubu futbolçunun ölümü ilə bağlı başsağlığı verib: "Villi Brakyano Ta Binin vaxtsız vəfatı Klub prezidenti Antonio Prekassi və bütün "Atalanta" ailəsini dərindən sarsıtdı".



Qeyd edək ki, kariyerasına 2015-ci ildə Kotdivuarın "Adjame" klubunda başlayan Ta Bi "Moossou" və "ASEC Mimosas" klublarında oynadıqdan sonra 2019-cu ilin yanvarında "Atalanta"ya transfer ounmuşdu.