Xəbər lenti

21 yaşlı gənc bayram günü intihar etdi
Ölkə 10:57 17.10.2013

21 yaşlı gənc bayram günü intihar etdi


Bakıxanov qəsəbəsi sakini bayram günü özünü üzüm çardağından asıb

Ötən gün səhər saatlarında Bakının Sabunçu rayonunda 21 yaşlı gənc intihar edib. Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 21/7 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Pərviz Elxan oğlu İbrahimov özünü asıb.

Onun meyitini doğmaları günorta üzüm çardağından asılmış halda tapıblar. Araşdırmalar zamanı Pərviz İbrahimovun səhər saatlarında özünü asdığı məlum olub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->