Xəbər lenti

23 yaşlı model evində ölü tapıldı
Maqazin 13:53 20.11.2019

23 yaşlı model evində ölü tapıldı

Meksikalı fitnes modeli və məşqçi Alondra Vilyansenonun meyiti tapılıb.

Qaynarinfo xəbər verir ki, 23 yaşlı qızın meyitini onunla uzun müddət əlaqə saxlaya bilməyən anası Tixuana şəhərindəki öz evində ölü olaraq tapılıb. 

Polisdən verilən məlumata görə, Alondra Vilyanseno başından güllələnib və bədənində bir neçə bıçaq yarası olub. Cinayət yerində iki torba marixuana və 9 mm-lik güllə aşkarlanıb. Cinayətin səbəbi bəlli deyil.

Qeyd edilir ki, Alondra Vilyaseno yerli idman zalında məşqçi olaraq işləyirmiş. İnternetdə o, öz məşqləri ilə bağlı videolarına görə məşhur olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->