Xəbər lenti

Sağlamlıq 12:03 15.03.2018

İnsanı 24 saatda öldürə bilən 4 xəstəlik (FOTOLAR)

Hər il milyonlarla insan ölümcül viruslardan dünyasını dəyişir.

Qaynarinfo xəbər verir ki, bəzi təhlükəli bəzi viruslar 24 saat ərzində insan həyatına son qoya bilər. Həmin xəstəlikləri təqdim edirik:

Denge qızdırması

Ağcaqanad vasitəsilə yayılan bu virus ağrılı, gücdən salan xəstəliyə səbəb olur. Xəstəlik Qərbi Nil infeksiyası və sarı qızdırmaya səbəb olan viruslarla əlaqəlidir. Hər il 100 milyon insana denge qızdırması diaqnozu qoyulur.

Ebola

Son illərdə geniş yayılan ölümcül ebola virusu orqanizmə maye tərkibində daxil olur. İshal, daxili qanaxma, yüksək temperatur bu xəstəliyin əsas əlamətləridir. 

Enterovirus

İmmuniteti sıradan çıxaran bu virus qripə bənzərdir və uzun müddət orqanizmdə öz varlığını qoruyub saxlayır.

Bubon taunu

Taun insana birə dişləməsi, maye tərkibində daxil olur. Bu virus daşıyıcısı öskürən zaman sağlam şəxsi xəstəliyə yoluxdura bilər. Nadir hallarda həzm sistemi vasitəsilə taun xəstəliyinin orqanizmə daxil olması mümkündür.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->