Ölkə 16:33 01.12.2021

3 hərbçimiz başqa yerlərdə dəfn olunacaq

Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, qəzada həlak olan 3 hərbçi - polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunacaq.

Bu barədə qərar onların ailələrinin istəyi ilə verilib.