Böyük Britaniyanın Devon bölgəsində 3 milyon dollarlıq bir malikanə satışa çıxarılıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, evi almaq istəyənlər çox olsa da, malikanə sahibləri onun satışı üçün xüsusi bir yarışma təşkil ediblər.
1990-cı ildə inşa edilən lüks villada qolf meydançasından ən bahalı mebellərə qədər, demək olan ki, hər şey var. Lakin ev sahibləri nəvələrindən uzaqda olduqları üçün buranı satıb, onların yaxınlığına köçmək istədiklərini söyləyiblər:
"Bu evdə möhtəşəm anlarımız olub. Evi öz əllərimizlə tikmişik. Ancaq 2 nəvəmiz bizdən çox uzaqda yaşayırlar və onları daha tez-tez görmək istəyirik. Hər dəfə 4 saat yol gedib-gəlmək bizi yorur. Artıq belə yaşamaq istəmirik. Divarlardakı ailə fotoları və tablolardan başqa hər şeyi evlə birgə satacağıq".
Yaşlı cütlük evi satmaq üçün Facebook-da səhifə yaradaraq elan da veriblər. Maraqlısı budur ki, hər pulu olan bu evi ala bilməz. Bunun üçün ev sahiblərinin veriyi sualları da cavablamaq lazımdır. Yarışma 2018-ci ilin 30 noyabrına qədər davam edəcək. Yarışa qatılmaq istəyənlər üçün bir biletin qiyməti 14 dollardır. Mülk sahibləri o vaxta qədər 500 minə yaxın biletin satılacağını düşünürlər.
Biletlərdən əldə olunan gələn gəlirin bir hissəsi xeyriyyə cəmiyyətlərinə bağışlanacaq.
Üçü birində: həm qazanc, həm yardım, həm də ki, evin satışı...
Şərhlər