Texnologiya 15:33 30.11.2019

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

30 noyabr kompüterlərin ilk kütləvi virusa yoluxma hadisəsinin qeydə alındığı 1988-ci ildən etibarən bütün dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) kimi qeyd olunur. O vaxtdan bu yana kompüter təhlükəsizliyi və içərisində saxlanılan informasiyanın qorunması məsələsi aktuallıq qazandı.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, YUNESKO-nun Azərbaycanda həyata keçirilən "İnformasiya hamı üçün” Hökumətlərarası Proqramı və onun prioritet sahələrindən biri sayılan "İnformasiya mühafizəsi” (İnformation preservation) çərçivəsində görülən işlərdən bəhs etmək tövsiyə olunur. Həmçinin ölkənin özəl strukturları üçün kibertəhlükəsizlik məsələsinin aktuallığına toxunmaq arzuolunandır. 

Bu məsələdə, Azərbaycanda kibertəhlükəsizliyin vəziyyəti barədə məlumatlar yayan "Kaspersky Lab” beynəlxalq şirkətinin hesabatları kömək ola bilər. İnnovativ iqtisadiyyat əsrində Azərbaycanın "Kommersiya sirri haqqında” qanununun informasiya qorunması tələblərinə necə cavab verməsi ilə bağlı ekspert rəyinin alınması da tövsiyə olunur.