Xəbər lenti

4 deputatın maaşına xitam verildi (RƏSMİ)
Ölkə 12:27 16.10.2018

4 deputatın maaşına xitam verildi (RƏSMİ)

Bir neçə ay öncə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bəzi deputatlara yüksək vəzifə verilib. Sərəncəma əsasən onlar Milli Məclisdəki yerini tərk edərək yeni vəzifələrinin icrasına başlayıblar.

Ancaq məmur təyin olunan sabiq deputatların hələ də deputat maaşlarını alıb-almaması sual doğrur.

Qaynarinfo-nun məlumatına görə, Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev unikal.org-a açıqlamasında bildirib ki, prezidentin sərəncam verdiyi gündən onların deputat maaşına xitam verilib.

Qeyd edək ki, prezidentin müvafiq sərəncamına əsasən Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->