Xəbər lenti

40 yaşından sonra bu çayı içməlisiz - 12 xəstəliyin çarəsi
Sağlamlıq 23:32 09.09.2019

40 yaşından sonra bu çayı içməlisiz - 12 xəstəliyin çarəsi

Orta əsrlərdə bu otu lavanda ilə qarışdırıb, evin, kilsənin ətrafına səpməklə, arzuolunmaz və bəd, şər qüvvələrdən qorunurdular.

Kəklikotu - yara, infeksiya, yanıq yarası, virus əleyhinə, antiseptik, göbələk, revmatizm əleyhinə təsir edir. 

Qaynarinfo medicina.az-a istinadən bildirir ki, loğmanlar və fitoterapevtlər 40 yaşından sonra xüsusilə kəklikotu çayı ilə dost olmağı məsləhət görür. Çünki məhz bu yaşdan sonra başlayan xəstəliklər buketinə qarşı yalnız bu bitki sipər ola bilər.

Kəklikoti çayı hansı xəstəliklərdə faydalıdır?

-Qularlarda küy
-Xroniki yorğunluq, halsızlıq
-Dağınıq skleroz

-Fibromialgiya - səbəbi tapılmayan əzələ sinir ağrıları
-Haşimoto - qalxanvari vəz hormonal pozğunluğu
-Revmatoid artrit

-Qanazlığında - qırmızı qan hüceyrələrini artırır
-Arterial təzyiqi normallaşdırır
-Dokozaqeksan turşusu böyrək, ürək, beyin və hüceyrələrin membranı üçün əvəzsizdir
-Bronxit, astma, laringit, ansina, gingivitdə içilir, qarqara olunur

Çayının düzgün qaydası:

1 çay qaşığı təzə, quru kəklikotunu iri fincanda üzərinə su alıb, saxlayın. 5 dəqiqə sonra bu suyu otla birgə dəm çaydanına töküb, qaynara düşənə kimi zəif odda saxlayın. 

Çox qaynatmadan oddan götürüb, ağzı bağlı şəkildə 7 dəqiqə soyudun. Sonra süzüb, elə isti halda için.

Acı olsa bal qata bilərsiz.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->