Braziliyanın qadınlardan ibarət yığmasının üzvü Formiqa öz rekordunu yeniləyib.
Qaynarinfo "NTVspor"a istinadən xəbər verir ki, 43 yaşlı futbolçu bunu Tokio-2020-nin futbol üzrə qadınlardan ibarət yığmalarının yarışları çərçivəsində qrupda Çini 5:0 hesabıyla məğlub etdikləri matçda reallaşdırıb. Futbolçu burada da meydana çıxmaqla 7-ci dəfə Olimpiadada iştirak etmiş olub. Bununla da o qadınlar arasında Olimpiadada ən çox oynamış futbolçu ünvanına sahib çıxıb.
Formiqa Tokio-2020 ilə yanaşı 1996, 2000, 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilən Olimpiadalarda da iştirak edib. Hazırda PSJ-nin formasını geyinən futbolçu Tokio-2020-dən sonra millidəki karyerasını bitirəcəyini bildirib.
Səbuhi Həsənov
Şərhlər