Xəbər lenti

44 günlük müharibədə evi dağılan vətəndaş: “Kimin adamı varsa...”
Foto 15:50 02.04.2021

44 günlük müharibədə evi dağılan vətəndaş: “Kimin adamı varsa...”

"Vətən müharibəsində mərmidən dağılan evimizi Ağdam rayon İcra Hakimiyyəti tikmək istəmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Ağdam rayon Sarıcalı kənd sakini İsmayılov Rüfət bildirib. Onun sözlərinə görə, həmin ərəfədə kənddə ermənilərin atdığı mərmilər nəticəsində zərər dəyən, dağılan bütün evlər yenidən tikilib:

"İkinci Qarabağ müharibəsi dövründə kəndimizdə bir çox evlərə mərmi düşüb. Onlardan biri də oktyabrın 8-də bizim evə düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yanğını söndürdülər. Sonra evə baxış keçirildi. Müharibə vaxtı mərmi dəyən evlərin hər biri yenidən tikilib. Amma bizim evə hələ də olduğu kimi qalır. Heç kəs bu evin tikintisinə kömək etmək istəmir. Atam dəfələrlə Ağdam rayon İcra Hakimiyyətində olub. Hər dəfə də ona "həll edəcəyik” deyib, yola salıblar. Nə vaxt düzələcək? Kimin adamı varsa, onun evini düzəldirlər. Biz də kasıb adamlarıq, qalmışıq ortalıqda”.

Ağdam rayon İcra Hakimiyyətindən isə Qaynarinfo-ya verilən məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı zərər dəyən, dağıdılan evlərin qeydiyyatı Nazirlər Kabineti yanında yaradılan komissiya tərəfidən həyata keçirilir:

"Öncə zərər dəyən evlərin siyahısı hazırlanıb. Həmin evlərə komissiya tərəfindən yerində baxış keçirilib, texniki aktlar tərtib edilib. Həmin aktlara əsasən, hazırda zərər dəyən evlərin təmiri aparılır. Bütün bunlar siyahı ilə aparılır. Zərər dəyən evlərə komissiya baxış keçirəndən sonra onların da təmirinə başlanılacaq”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->