Xəbər lenti

Ölkə 16:56 20.08.2019

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Faiq MəmmədovFuad Bayramovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin vəzifəli şəxsi olub.

İttihama görə, bina tikintisi və təchizat işləri ilə məşğul olan şirkətin vəzifəli şəxsləri ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon dollar dəyərində dələduzluq ediblər. (Virtualaz.org)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->