Xəbər lenti

6 ayda 1055 nəfərə verilən əsassız əlillik təyinatı ləğv edilib
Ölkə 17:43 18.01.2019

6 ayda 1055 nəfərə verilən əsassız əlillik təyinatı ləğv edilib

"Son 6 ayda 1055 nəfərə verilən əsassız əlillik təyinatı ləğv edilib".

Qaynarinfo xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirib.

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib.O, 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib.

Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->