61 min erməni, 120 min azərbaycanlı: Rusiya miqrantları ölkədən çıxarır (ŞƏRH)

61 min erməni, 120 min azərbaycanlı: Rusiya miqrantları ölkədən çıxarır (ŞƏRH)

"Bu, yalnız Rusiya hökumətinin cəmiyyətdən gələn tələbə riyaət etmək cəhdidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın miqrantları ölkədən çıxarmaqla bağlı qərarını şərh edərkən deyib. Politoloq hesab edir ki, rus cəmiyyəti miqrantların gəlişindən narazıdır:



"Digər tərəfdən qanun var, hansısa bir sovet məkanından insan gəlib bütün qanuni tələbləri icra edərək Rusiyada işləmək və yaşamaq hüququ qazanır. Onun orada yaşaması qanunidir. Əlbəttə, bu, ola bilər ki, kiminsə xoşuna gəlməsin. Heç kəs buna nəsə deyə bilməz. Amma xeyli sayda insanın qanunsuz işləməsi əhalini qəzəbləndirir və hökumətə qarşı tənqid güclənir.
Belə halda ictimai dayaqları zəifləyən, bəzi hallarda hətta sarsılan hakimiyyət hesab edir ki cəmiyyətdən gələn tələbləri nəzərə almaq lazımdır. Buna görə də tamamilə məntiqli qərar çıxarırlar ki, qanunsuz olaraq Rusiya ərazisinə gəlmiş insanlar zəhmət çəkib qayıtsınlar öz vətənlərinə".

Zərdüşt Əlizadə bu proseslərdə iqtisadi deyil, siyasi maraqların olduğunu diqqətə çatdırıb:

"Bu, Rusiya hakimiyyətinin özünü qorumaq istəyindən irəli gəlir. Camaatın gözündə fərsiz, rüşvətxor bir qurum kimi görünmək istəmirlər. Bu qanunsuz miqrantlar hüquq-mühafizə orqanları üçün əlavə gəlir mənbəyidir, onlardan xeyli rüşvət alırdılar. İşbazlar da onlardan qazanırdılar, amma cəmiyyət bundan narazıdır. Narazılığını açıq bildirir ki, payızda Dövlət Dumasına seçkilər ərəfəsində müxalifətin miqrant problemindən silah kimi istifadə etməsinin qarşısını almaq üçün Rusiya hökuməti qərar çıxarıb ki, qanunsuz miqrantlar öz ölkəsinə qayıtsınlar".

Politoloq qeyd edib ki, Rusiyada 61 min erməni, 120 min azərbaycanlı miqrant var:

"İki rəqəm göstərir ki, Azərbaycanda iqtisadi vəziyyət Ermənistana nisbətən daha ağırdır".

Qeyd edək ki, Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy mətbuata açıqlamasında Rusiyada qeyri-qanuni yaşayan vətəndaşların iyunun 15-dək ölkəni tərk etməsi ilə bağlı qərar çıxarıldığını deyib. 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR