Xəbər lenti

70 ildir davam edən müharibə
Dünya 14:55 27.07.2020

70 ildir davam edən müharibə

Şimali və Cənubi Korey 1953-cü ilin 27 iyulunda silahları susdurub, atəşkəs imzalasa da, sülh sazişi imzalanmadığından müharibə texniki olaraq davam edir.

Qaynarinfo xəbər verir ki, Yaponiyanın 1910-cu ildə ilhaq edib, 1945-i ilə qədər idarə etdiyi Koreya yarımadasından İkinci Dünya Müharibəsinin başa çatması ilə geri çəkilib. Yaponiyanın geri çəkilməsindən sonra yarımadada 1945-ci ildə qurulan iki hökümət 1948-ci ilə qədər qarşılıqlı şəkildə bir-birlərinə qatılma çağırışı ediblər. Lakin çağırışlar nəticə vermədiyi üçün Şimal və Cənub ayrı-ayrılıqda öz dövlətlərini qurublar.

Koreya müharibəsi 1950-ci ilin 25 iyununda Şimali Koreyanın Cənubi Koreyaya hücumundan sonra başlayıb. Çin və Sovet İttifaqı Şimalı, ABŞ liderliyindəki BMT isə müharibə boyunca Cənubi Koreyanı dəstəkləyib.

Müharibədə Cənubi Koreyada 40 min 670 BMT hərbçisi, 137 min 899 Koreya əsgəri olmaqla 178 min 569, Şimali Koreyada isə 508 min 797 əsgər həyatını itirib.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->