2021-ci il başlayandan ölkə üzrə ən çox nikah iyul ayında bağlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Rəsmi məlumata görə, yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb. Nikahların 7058-i iyul ayının payına düşüb.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.
Toylarda 150 nəfərədək qonağın iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə verilir.
Şərhlər