Xəbər lenti

Dünya 13:44 12.02.2018

79 illik bomba havalimanının bağlanmasına səbəb oldu

Londonda yerləşən "City" Havalimanının uçuş zolağının 200 metr məsafəsində aparılan inşaat işləri təhlükəli faktı ortaya çıxarıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ərazidə II Dünya müharibəsindən qalmış bomba aşkarlanıb. İşçilər dərhal polis xəbər verib və bombanın ətrafında 214 metrlik təhlükəsizlik bölgəsi yaradılıb. 

Havalimanına gələn Krallıq donanmasının üzvləri bombanın II Dünya müharibəsindən qaldığını təsdiq edib.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?