Rusiya 8 ayda Azərbaycana 1745 avtomobil ixrac edib.
2018-ci ilin 8 ayının yekunlarına görə, Rusiya Azərbaycana 1745 avtomobil ixrac edib.
"AVTOSTAT” analitik agentliyinin məlumatına görə, hesabat dövründə Rusiya istehsalı olan minik avtomobillərinin ixrac həcmi (Gömrük İttifaqına daxil olan ölkələr istisna olmaqla) 18.223 vahid təşkil edib.
Əsas ixrac istiqamətləri arasında Çexiya seçilib. Onun payına ümumi sayın 23 faizi, yaxud 4198 avtomobil düşüb. Reytinq cədvəlində ikinci yeri Ukrayna (2803 ədəd) tutur, ilk üçlüyü Latviya (2223) tamamlayır. Bu ölkələrlə bərabər, Azərbaycanı və Özbəkistanı qeyd etmək olar. Ölkəmiz Rusiyadan 1745, Özbəkistan isə 1609 avtomobil idxal edib.
Hesabat dövründə ən çox ixrac edilən avtomobil (4662 ədəd) "AvtoBAZ” şirkətinin buraxdığı LADA 4x4 avtomobili olub. İkinci yeri 4145 avtomobillə Skoda Octavia, üçüncü yeri 1781 avtomobillə LADA Vesta tutub. Rusiyanın ən çox ixrac etdiyi avtomobil modellərinin ilk beşliyini Volkswagen Polo (1341ədəd) və KIA Rio (769 ədəd) tamamlayıb.(AZƏRTAC)
Şərhlər