Dünya 18:20 12.09.2017

8 türkü öldürən irqçi qadın barədə ömürlük həbs tələbi

Almaniyada 8 türkün ölümündə ittiham edilən Beate Çaepe adlı qadın üçün ömürlük həbs cəzası tələb edilib.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Çaepe 2000-2007-ci illər arasında 8-i türk olmaqla, 10 nəfərin ölümündə ittiham edilir. Digər 2 nəfər isə 1 yunan və 1 alman qadın polis olub.

Millətçi Sosialist terror təşkilatının üzvü olmuş Çaepe məhkəmədə danışıb və öldürülən şəxslər barədə məsuliyyəti həyatda olmayan iki dostunun üstünə atıb. O həmçinin qeyd edib ki, əvvəllər neofaşistlərlə eyni siyasi düşüncələrə sahib olub, lakin hazırda vəziyyət elə deyil və insanlara milliyyətinə görə yox, davranışına görə qiymət verir. 

Qeyd edək ki, terrorçu qrupun əməlləri 2011-ci ildə təsadüf nəticəsində ortaya çıxmış, cinayətlər barədə istintaq prosesləri start götürmüşdü.

Gülşən

Qaynarinfo.Az