Xəbər lenti

80 ildir nəsli kəsilmiş sayılan nadir qurbağalar həyata qayıtdı
Dünya 11:43 26.09.2020

80 ildir nəsli kəsilmiş sayılan nadir qurbağalar həyata qayıtdı

Çilidə 80 ildə ilk dəfə bənzərsiz qurbağa populyasiyası aşkar edilib.
 
Qaynarinfo xəbər verir ki, buna qədər bu suda-quruda yaşayanlar nəsli kəsilmiş sayılırdı. Nadir heyvanların yaşayış yeri Atakama Səhrasında isti su hövzələridir.

Bu qurbağalar susuz yaşaya bilməzlər. Onları sudan çıxarandan beş dəqiqə sonra ölürlər. Bu növlər ilk dəfə tədqiqatçı Frank Qregori Holl tərəfindən aşkar edilib. Bu dəfə alimlər tapdıqları növün düzgün təsnifatını müəyyənləşdirmək üçün Hollun gündəliklərinə baxmalı və təsvirləri müqayisə etməli olublar.

İndi mütəxəssislər növlərin qorunmasına diqqət yetirməyi təklif edirlər. Bu heyvanlar sənayenin inkişafı nəticəsində ölürlər. Zavodlar səhrada su uğrunda bu heyvanlarla "rəqabət aparır”. Elm adamları isti su mənbələrini qorumağı xahiş edirlər ki, bənzərsiz qurbağaların populyasiyasını xilas etmək mümkün olsun.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->