Video 10:12 05.03.2021

8.1 ballıq zəlzələdən sonra iki ölkə su altında qala bilər: Sunami gəlir (VİDEO)

Sakit Okeanda yerləşən Kermadek adası qövsünün sahillərində görünməmiş dərəcədə güclü zəlzələ qeydə alınıb. 

Qaynarinfo xəbər verir ki, alimlər nöqtələrin gücünü 8.1 olaraq qiymətləndiriblər - iki ölkə və bir ərazi bir anda daşqınla üzləşə, su altında qala bilər.

Yeni Zelandiya, Fici və Amerika Samoası sunami təhlükəsi altındadır. Dalğanın ABŞ-ın Vanuatu və Yeni Kaledoniyadakı Havay əyalətinə çatması da mümkündür.
Yeni Zelandiya Xilasetmə İdarəsi sahil sakinlərinin təcili təxliyyəsi ilə bağlı çağırış edib. CNN xəbər verir ki, insanlara evlərindən çıxmaq və təbii yüksəkliklərə qalxmaq əmri verilir.

Bu, Yeni Zelandiya bölgəsində altı saat ərzində üçüncü güclü zəlzələdir. Əvvəlki ikisinin gücü 7.0 balı keçib.
 
Alpər