Dünya 18:36 11.09.2019

860 Volt elektrik istehsal edən canlı tapıldı

Amazon hövzəsində iki yeni elektrikli ilan balığı növü aşkar edilib.

Qaynarinfo xəbər verir ki, Vaşinqtondakı "Smithsonian" Milli Təbii Tarix Muzeyinin zooloqlarından olan C.Deyvid de Santananın rəhbərlik etdiyi qrup Cənubi Amerikadan toplanan 107 DNT nümunəsini analiz edib. Tədqiqatlar "Electrophorus voltaic" ve "Electrophorus varii" adlı iki yeni ilan balığının mövcudluğunu üzə çıxarıb. Bu günə qədər sadəcə "Electrophorus electricus" adlı elektrikli ilan balığının mövcud olduğu düşünülürdü. 

Elektrikli ilan balıqlarında qeydə alınan ən yüksək gərginlik 650 volt olub. "Electrophorus varii"də isə bu, 860 voltdur. 

"Electrophorus electricus" Qviana qalxanı bölgəsində, "Electrophorus voltaic" Braziliya qalxanı, "Electrophorus varii" isə Amazon bölgəsində yaşayır. 

Balıqlar ovlanmaq, müdafiə və istiqamət tapmaq üçün elektrik istehsal edirlər. Elektrikli balıqların bədənləri yüksək gərginliyə sahib əzələlərə çevrilmiş elektirk orqanı ilə (elektroplax) örtülüdür. Həmin orqanlar kiçik gərginlik istehsal edən kiçik elementlərdən ibarətdir. 

Qeyd edək ki, elektrikli ilan balıqlarının fiziologiyası bu günə qədər italyan fizik Alessandro Voltanın elektrik batereyası hazırlaması, nevroloji degenerasiya xəstəliyinin müalicəsi, tibbi impantların hazırlanmasında istifadə edilən hidrogel batereyaları inkişaf etdirmək üçün zəmin hazırlayıb.

Gülşən