Azərbaycandan olan adı açıqlanmayan müştəri ABŞ-ın "Computer Choppers" şirkətindən qızıl və brilyantla bəzədilmiş 3 noutbuk alıb.
Bu barədə Qaynar.info "This is Money" nəşrinə istinadən xəbər verir.Məlumata görə, "Apple" logolu "MacBook Pro" noutbukları 24 karat qızıl və rəngarəng brilyantlarla bəzədilib. Onların hər birinin dətəri 30 min ABŞ dollarıdır.
Azərbaycanlının sifarişinə 30 min dollar qiyməti olan “MacBookPro” noutbukları, 14,5 mindollarlıq “Rose Gold Plated iMac” və brilyant loqo ilə bəzədilmiş 20 mindollarlıq platin “MacBookPro” daxil olub.
Şərhlər