Xəbər lenti

93 yaşlı prezident aclıq aksiyasına başladı
Dünya 19:04 19.11.2017

93 yaşlı prezident aclıq aksiyasına başladı

Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe ev həbsində saxlanmasına etiraz olaraq aclıq aksiyası elan edib.
 
"Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, bu barədə bu gün "Daily Mail” qəzeti Zimbabve prezidentinin aiə üzvlərindən birinə istinadən məlumat yayıb.
 
Qida qəbulundan imtina edən R. Muqabe "həqiqət uğrunda ölüm”ə hazır olduğunu bəyan edib. Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının üzvlərindən biri isə R. Muqabenin tək aclıq elan etmədiyini, danışmaqdan da imtina etdiyini bildirib.
 
Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan çıxarılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.
 
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->