Dünya 18:45 14.09.2021

Ağ Ev nədən çəkinir? - “Rusiya və Çin kimi rəqiblərimiz varsa..."

"Pentaqon Rusiya və Çinin ABŞ üçün "böyük təhlükə" yaratdığını hesab edir.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Con Hayten jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ-ın nüvə qüvvələrinin tamamilə modernləşdirilməməsindən təəssüf hissi keçirdiyini bildirib:

"Rusiyanın nüvə qüvvələri tamamilə modernləşdirilib, bziimkilər isə yox. Rusiya və Çin kimi rəqiblərimiz varsa, cəld hərəkət etməliyik. Biz hələ də çox yavaş hərəkət edirik. ABŞ-ın əsas strateji uğuru Rusiya və Çinlə müharibə ehtimalını istisna etməsidir. Çünki belə bir münaqişə nüvə münaqişəsinə çevrilə bilər ki, bu da iştirakçılar və bütün planet üçün fəlakət olar”.

Xəyal