Video 12:59 07.03.2021

Ağac aşdı, 5 binanın qaz təchizatında müvəqqəti fasilə yarandı (VİDEO)

Güclü külək ölkə ərazisində fəsadlar törədir.

"Azəriqaz" İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində külək ağacı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb. 

Nəticədə 5 yaşayış binasında təxminən 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bərpa işlərinə başlanılıb.