Xəbər lenti

Maqazin 19:37 07.10.2014

Ağadadaş Ağayev: “Axı sən hansı əxlaqdan danışırsan?”


“Düzünü Desək” verlişinin bugünki mövzusu müğənnilərin ailə həyatlarına həsr edilib.

Gecce.az xəbər verir ki, studiyaya təşrif buyuranlar arasında xalq artisti Ağadadaş Ağayev də olub. Digər qonaqlardan fərqli olaraq xalq artistinin mövzu ilə bağlı fikirləri olduqca kəskin və ünvanlı  alınıb:

“Hər sahədə olduğu kimi müğənnilər içərisində də, sənəti sevdirənlər də var, gündəmdə qalmaq üçün çıxıb efirdə dedi-qodu edənlər də. Bəzən bu cür neqativ hallar yaxşı sənətkarın da ünvanına yazılır. Çox təssüf! Amma biz mental dəyərlərimizə əməl edə-edə illərin hesabına bu hörməti qazanmışıq. Onlar da adını müğənni qoyub çıxırlar efirə. Nə danışıqlarında məntiq var, nə hərəkətlərin bilirlər. İstəyirlər ki, yadda qalsınlar. Sənətlə deyil, başqa-başqa məqamlarla istəyirlər özlərini yadda saxlasınlar. Xalq da efirə baxanda deyir ki, “bu müğənnidi də”. Müğənni deyəndə biz də “yandıq getdik” belələrinin içində. Axı biz elə yaşamamışıq, biz elə olmamışıq. Ona görə də mən bunun günahının bir qismini efirlərdə görürəm. Efirdə o şansı, o sərbəstliyi, o imkanı hər adama verməzlər. Biz 20-30 ildən sonra söz demək iqtidarında olmuşuq. Yenə də həddimizi bilməklə danışmaq istəyirik. Amma dünənləri çıxıb efirə, heç bir ailə dəyərini bilməyən, ailəsi olmayan, özü də insanlar tərəfindən mənfi bir qadın kimi tanınan müğənni, “Azərbaycan ailəsi necə olmalıdır?!”, ailə haqqda fikirlərini söyləyir. Mən o verilişə necə baxım?! Axı sən hansı əxlaqdan danışırsan mənə?! Belə müğənnilərin sayı çoxdur”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->