Xəbər lenti

AB-dən Krım körpüsünə görə Rusiyaya qarşı yeni sanksiyalar
Dünya 18:08 28.09.2020

AB-dən Krım körpüsünə görə Rusiyaya qarşı yeni sanksiyalar

Avropa Birliyi ölkələrinin Daimi Nümayəndələr Komitəsi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb.


Qaynarinfo xəbər verir ki, Azad Avropa Radiosunun müxbiri Rikard Jozvyaka Twitter-də iki Rusiya Federasiyası vətəndaşı və Kerç Körpüsünün inşasında iştirak edən dörd şirkətin "qara siyahı"ya salındığını bildirib.


Brüssel onları "Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda” günahlandırır.


AB qərarını bu həftə rəsmən elan edəcək.


Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->