Xəbər lenti

ABŞ-ın gözü yeni ticarət yolundadır... - Tramp Qrenlandiyanı niyə istəyir?
Dünya 17:56 09.01.2025

ABŞ-ın gözü yeni ticarət yolundadır... - Tramp Qrenlandiyanı niyə istəyir?

ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı satın almaq istəməsi beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub. Tramp bu niyyətini həm prezidentliyinin birinci dövründə, həm də ikinci dəfə prezident seçildikdən sonra dəfələrlə bəyan edib. ABŞ-ın Qrenlandiyanı satın alma cəhdi yalnız iqtisadi maraqlarla deyil, həm də strateji və hərbi səbəblərlə bağlıdır.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, dünyanın ən böyük adası olan Qrenlandiya ABŞ-ın təhlükəsizliyi və qlobal ticarət yollarının qorunması baxımından mühüm ərazi hesab olunur. Adanın coğrafi mövqeyi, Arktika ticarət yollarına yaxınlığı və təbii sərvətləri ABŞ-ın maraqlarını artıran əsas amillərdir.

1941-ci ildə ABŞ Qrenlandiya işğal etmiş və burada Thule hərbi bazasını qurmuşdu. Bu baza II Dünya müharibəsindən sonra Sovet təhlükəsinə qarşı genişləndirilmiş və Soyuq Müharibə dövründə ABŞ-ın əsas kəşfiyyat və hərbi məntəqəsinə çevrilmişdi.

Çin və Rusiyaya qarşı yeni strateji addımlar

Qrenlandiyason illərdə artan Çin təsiri və Rusiya ilə əlaqədar təhlükələr səbəbindən ABŞ üçün yenidən prioritet mövzuya çevrilib. Arktikada buzların əriməsi ilə "Şimal Buzlu Okean Ticarət Yolu"nun önəmi artıb. Bu yol həm Asiya ilə Avropa arasında ticarət əlaqələrini sürətləndirir, həm də ABŞ-ın nəzarətindən kənarda olan ərazilərdən, əsasən də Rusiya sahillərindən keçir.

ABŞ qlobal ticarət yollarını nəzarətində saxlamaq üçün Qrenlandiya strateji nöqtə kimi görür. Belə ki, bu adanın əldə olunması ilə ABŞ Avropa və Şimal marşrutları üzərində ticarət nəzarətini gücləndirə bilər.

Qrenlandiyanın təbii sərvətləri

Adada buzların əriməsi ilə yeni təbii sərvətlərin aşkar edilməsi ABŞ-ın iqtisadi maraqlarını da artırıb. Qrenlandiyanın zəngin nadir elementlər yataqları, elektrik avtomobillərinin akkumulyatorlarında və yüksək texnologiyalı məhsullarda istifadə olunan vacib materiallar ehtiva edir. Bundan başqa, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, Qrenlandiyanın şimal-şərqində 31,4 milyard barrel həcmində neft ehtiyatları mövcuddur.

Danimarka isə bu potensialı yetərincə istifadə etmədiyi üçün ABŞ-ın diqqət mərkəzindədir. Danimarka hökuməti 2021-ci ildə qlobal istiləşmə və yüksək maliyyətlər səbəbindən Qrenlandiyada neft kəşfiyyatını dayandırmaq qərarı verib.

Danimarkanın mövqeyi

Qrenlandiya siyasi baxımdan Danimarkanın tərkib hissəsi olsa da, 1979-cu ildən muxtariyyət statusuna malikdir. Danimarka hökuməti Trampın Qrenlandiya almaq cəhdlərini rədd edib və NATO müttəfiqi olan ABŞ-a bu ərazini satmaq niyyətində olmadığını bildirib.

Son dövrlərdə Danimarka bölgədə hərbi varlığını artıraraq, müdafiə xərclərini 1,5 milyard dollara qədər yüksəldib. Bu addım, həm NATO çərçivəsində ABŞ-ın narahatlıqlarını azaltmağa, həm də bölgədəki suverenliyini qorumağa yönəlib.

Gələcəyin çağırışları

İqlim dəyişikliyinin davam etməsi və buzların əriməsi ilə Şimal Buzlu Okean marşrutunun əhəmiyyəti daha da artacaq. Hazırda bu marşrut təhlükəli və çətin şəraitə malik olsa da, mütəxəssislər gələcəkdə daha istifadə edilə bilən hala gələcəyini düşünürlər. Lakin bu, ətraf mühit üçün ciddi problemlər yarada bilər.

Qrenlandiyanın təbii sərvətləri və strateji mövqeyi, bu ərazini ABŞ, Rusiya və Çin arasında artan geosiyasi rəqabətin əsas mövzularından birinə çevirir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->